Vəkil Elçin Qənbərov həbs edildi – Qərar

27 İyun 2022 17:06 (UTC+04:00)

Səbail məhkəməsi DTX-nın istintaq orqanının tanınmış vəkil Elçin Qənbərova qarşı iddiasına baxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmədən haqqın.az-a məlumat verilib.

Hakim İlkin Rüstəmli Elçin Qənbərovun həbs olunması barədə qərar çıxarıb. Vəkil 4 ay müddətində azadlıqdan məhrum edilib. O, dələduzluqda ittiham olunur.

Elçin Qənbərov uzun illər Mərkəzi vəkil bürosuna rəhbərilk edib.