Parlamentin iclası başladı

28 İyun 2022 11:11 (UTC+04:00)

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Deputatların gündəliyinə 15 qanun layihəsinin müzakirəsi təqdim edilib.

Spiker Qafarova Qırğızıstanda keçirilən TÜRKPA-nın 11-ci plenar iclası haqqında məlumat verib, tədbir zamanı türkdilli ölkələrin spikerləri ilə görüşünə dair fikirlərini bölüşüb.

Daha sonra spikerin təklifi ilə cari məsələlərin müzakirəsi olmadan birbaşa qanun layihələrinin müzakirəsinə başlanılıb.