Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlandı

28 İyun 2022 14:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Teleqraf.com-a bildirilib ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.