Füzulidə yanğın oldu - Xəsarət alan var

28 İyun 2022 14:52 (UTC+04:00)

Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.