"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb" - Şentop

30 İyun 2022 14:14 (UTC+04:00)

"Azərbaycan soyuq müharibədən sonrakı dönəmdə çox uğurlu siyasət həyata keçirib".

Teleqraf.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu artıb.

M.Şəntop Azərbaycanın Qoşulmama Hərəkatının Parlanent Şəbəkəsinə də uğurla sədrlik edəcəyinə əmin olduğunu vurğulayıb .