Ukrayna ordusu əks-hücuma keçdi – Bu ərazi azad edildi

30 İyun 2022 16:10 (UTC+04:00)

Uğurlu əks-hücum zamanı Ukrayna hərbi qüvvələri Xerson vilayətinin Potemkine kəndini azad edib. Əməliyyat zamanı bir çox rus texnikası məhv olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əks-hücum əməliyyatını Ukrayna ordusunun 60-cı piyada briqadası keçirib.

Əməliyyatda Rusiya qüvvələrinə məxsus hərbi avtomobillərin qənimət kimi götürüldüyü bildirilib.

Xersonda Rusiya ordusunun əks-hücumu da dəf edilib.