“Ukrayna ordusu rusları bütün ərazilərdən qova bilər” - İngilis nazir

30 İyun 2022 17:04 (UTC+04:00)

Ukrayna ordusu Rusiya qüvvələrini ölkənin hər yerindən qova bilər.

Teleqraf.com xəbər verir ki, bunu BBC radiosuna müsahibəsində Böyük Britaniya Xarici İşlər naziri Liz Trass deyib.

“Ukrayna əraziləri Rusiya tərəfindən qeyri-qanuni ələ keçirilib və sonda ruslar bütün bu ərazilərdən qovulmalıdır”, - nazir bildirib.

Eyni zamanda, Trass Ukrayna ərazisinin vaxtında Rusiya ordusundan azad edilməsinin real olduğunu düşünür:

“Ona görə də ölümcül silahlarla əlavə yardımlar edirik”.