Mələkxanım Əyyubovanın oğlu məzun oldu - Foto

30 İyun 2022 23:08 (UTC+04:00)

Xalq artisti Mələkxanım Əyyubovanın oğlu Nicat ADA Məktəbindən məzun olub.

Teleqraf.com xəbər verir ki, Mələkxanım Əyyubova bu haqda İnstaqram hesabında paylaşım edib:

"Canım oğlum Nicat ADA Məktəbini yüksək müvəffəqiyyətlə başa vurdu. İnşallah, ali təhsilini böyük uğurlarla başa vurasan".

Qeyd edək ki, Mələkxanım Əyyubovanın dörd övladı var.