Sendviçə çox mayonez vurduğu üçün işçini güllələdi

30 İyun 2022 20:25 (UTC+04:00)

ABŞ-da Subvay kafesinə gələn qonaq sendviçinə çox mayonez qoyduğu üçün müəssisənin əməkdaşını güllələyib.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı kişi tapançadan atəş açaraq, müəssisənin əməkdaşını öldürüb, digər işçini isə yaralayıb. Mətbuatda yayılan məlumatlara görə, ziyarətçi sendviçindəki mayonezin həddindən artıq olmasından xoşlanmayıb.

Üç həftə əvvəl işə düzələn 26 yaşlı Brittani Makonun bu "səhvi" ona başa gəlib.

Makonun qohumları onun ağıllı qız olduğunu bildiriblər. Atışmada şübhəli bilinən şəxs həbs edilib.