Gürcüstanın Fransadakı səfiri istefa verdi

1 İyul 2022 00:44 (UTC+04:00)

Gürcüstanın Fransadakı səfiri Tea Katukiya istefa verib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) müraciət təqdim edib.

XİN-dən bildirilib ki, T.Katukiya daha əvvəl rəsmi müraciət edib və onun geri çağırılması proseduruna artıq başlanılıb. Yaxın vaxtlarda Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün işin aparıldığı vurğulanıb.

Qeyd edək ki, T.Katukiya 2019-cu ildə Gürcüstanın Fransada səfiri və ölkənin UNESCO-dakı daimi nümayəndəsi təyin olunub.