"Məni erotik videolarla şantaj edirlər" - Xalq artisti

1 İyul 2022 17:19 (UTC+04:00)

"Əziz dostlar, xanımlar və cənablar! Son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul tələb edirlər. Bu, nə mənim yaşıma nə də statusuna yaraşan bir işdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazim Abdullayev özünün Feysbuk profilində yazıb.

O hüquq mühafizə orqanlarından kömək gözlədiyini bildirib:

"Hamınız məni gözəl tanıyırsız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda - üstümə gəlirlər. Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər!

Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görədə mən fb, messencer və vatsapı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər!"