Mariupolda yeni kütləvi məzarlıq tapıldı

1 İyul 2022 20:08 (UTC+04:00)

Mariupolda 100-dən çox cəsədin olduğu yeni kütləvi məzarlıq tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko öz teleqram kanalında məlumat verib.

“Sol sahildə dağıntılar altında yeni kütləvi məzarlıq. Kiyev küçəsi, 53. Fevralın sonundan bəri daha 100-dən çox insan cəsədi. İşğalçılar yaxınlıqdakı dağıntıları təmizləyirlər, ancaq qəbirlərin köçürülməsindən söhbət belə getmir. İnsanlar faktiki olaraq sərdabələrdə yaşamağa davam edirlər”, - deyə Andryuşenko bildirib.

Onun sözlərinə görə, Mariupolda eksqumasiya faktiki olaraq dayandırılıb:

“İşğalçı hakimiyyət bərpa mənzərəsi yaratmaqla o qədər məşğuldur ki, qəbirlərin köçürülməsinə vaxt çatmır. Müvəqqəti küçə qəbirləri getdikcə daimi məzarlara çevrilir”.