Bakıda bağ evindən 10 min avro oğurlandı

2 İyul 2022 13:46 (UTC+04:00)

Bakıda evdən 10 min avro oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10 min avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.