ABŞ-dan Ukraynaya dəstək - Daha 50 milyon...

2 İyul 2022 21:46 (UTC+04:00)

ABŞ Ukraynaya əlavə 50 milyon dollar dəyərində silah və texnika yardımı göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu dövlət katibi Antoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatında deyilib.

"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

“ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq", - Blinken əlavə edib.