Sumqayıtda ərzaq mağazası yandı

3 İyul 2022 10:54 (UTC+04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisindəki mallar 17 m² sahədə və 1 ədəd televizor yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.