Neftçala minik avtomobili yandı

3 İyul 2022 11:55 (UTC+04:00)

Neftçala rayonunun Bankə qəsəbəsində "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.