Pakistanda avtobus dərəyə yuvarlandı - 20 ölü

3 İyul 2022 21:26 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində sərnişin dolu avtobus dərəyə yuvarlanıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 20 nəfərin öldüyü, daha 10 sərnişinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Yerli polisin məlumatına görə, qəzaya səbəb sürücünün yağış zamanı sürət həddini aşması olub.