Gürcülər ayağa qaldı - İstefa tələbi

3 İyul 2022 21:38 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisidə "Avropaya doğru” şüarı ilə növbəti genişmiqyaslı aksiya başlayıb.

Teleqraf.com xəbər verir ki, minlərlə vətəndaş parlament binasının qarşısına toplaşaraq hökuməti istefa verməyə çağırıb.

Mitinqə görə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb olunub.

Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər.