Tehranda Bayramovla Abdullahianın görüşü keçirilir

4 İyul 2022 12:18 (UTC+04:00)

Tehranda rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş keçirilir.

Teleqraf.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, Abdullahian Ceyhun Bayramovu İran XİN-in binasında qarşılayıb.

Qeyd edək ki, C.Bayramovun səfər çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə də görüşəcəyi planlaşdırılır.