Kəlbəcərdə tuneli su basdı

4 İyul 2022 13:00 (UTC+04:00)

Azərbaycanda hökm sürən qeyri-sabit hava işğaldan azad edilmiş Kəlbəcər rayonunda fəsadlar yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Şiddətli yağışlardan sonra yaranan sel hazırda inşası davam edən Murovdağ tunelini basıb.