Rusiya Arktikada neft yatağı kəşf etdi

4 İyul 2022 14:35 (UTC+04:00)

Rusiyanın enerji nəhəngi “Rosneft” Peçora dənizində təxminən 82 milyon ton neft olan böyük bir neft yatağı kəşf etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, neft yatağı Medınsko-Varandeyski rayonunda layihə zamanı kəşf edilib.

“Rosneft”in açıqlamasında bildirilir ki, sınaqlar zamanı maksimum sutkada 220 kubmetr neft axınına nail olunub: “Peçora dənizinin akvatoriyasında aparılan kəşfiyyat işləri şelfdə Timan-Peçora əyalətinin əhəmiyyətli neft potensialını sübut edir, regionun davamlı öyrənilməsi və inkişafı üçün əsas yaradır”.

Şirkətin səkkizi Peçora dənizində olmaqla ümumilikdə 28 ofşor zonaya nəzarət etdiyi bildirilir.