Səidə Sultan Şəbnəmi təhqir etdi: "Əxlaqınız təmiz vərəq olsa..."

4 İyul 2022 13:55 (UTC+04:00)

Müğənni Səidə Sultan həmkarı Şəbnəm Tovuzlunu təhqir edib.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri deyib:

“Gərək hər şeyin cavabını zamanında verəsən. Bu yaxınlarda verilişə çıxmışdım. Dedim ki, Azərbaycan musiqisi o deyil. “Nanay” oxuyanlar doludur, Azərbaycan musiqini pis günə qoyublar, Azərbaycan mədəniyyətindən çıxıb. Bu, mənim fikrimdir və heç kimin adını çəkməmişəm. Səhər gördüm ki, müğənni səhər həmin verilişə gəlib. Sualı ona verdilər ki, Səidə Sultan belə dedi, təhqir yox, tənqid eləmişdim. O isə cavabında Səidə bizim dostumuzdur, mahnı qıraqda qaldı. Başladı əxlaqdan danışmağa...Mən əxlaqlı qızam, müsahibə baxdım ki, ağıllı danışar. Söhbət mahnıdan gedir. Əxlaqın bura nə aiddiyatı var?! Mən çörəyi qulağıma yemirəm. Dedim ki, cavab verməyim, özünü görərəm ki, mahnıdan danış, sənin əxlaqın kimin nəyinə lazımdır? Əxlaq deyib, insanlardan xal qazanırsınız. Bu hələ də mənə çatmır”.

İfaçı adını çəkmədən başqa bir xanımın ünvanına isə od püskürüb: “Bu gün baxıram ki, günortadan sonra arvad olmuş birisi isə mənə deyir ki, narkoman, əxlaqsız. Adama deyərlər ki, siz kimsiniz ki, mənə əxlaqdan dərs verirsiniz?! Əxlaqlı ana-bacıların üzündən iraq, əxlaqdan danışmaq üçün çox az adamıq. İki qadın əxlaq mövzusu ediblər. Əxlaqınız ağ, təmiz vərəq olsa, deyərəm ki, məni bağışlayın. Sizin vərəqinizin dalında da, qabağında da cızıq var. Siz kimsiniz ki, əxlaqdan dərs verirsiniz. Hansı əxlaqdan danışırsınız? Mən subay qızam. Kiminsə ərini əlindən alıb, arvad olmamışam. Kiminsə ərindən uşaq doğmamışam. Özüm bilərəm, nə edirəm. Çox şükür ki, Şəmkir kişilərinin hesabına müğənni olmamışam. Əxlaqa qalanda isə günortadan sonra arvad olmuş qız, sənin evdə ərin yoxdur? Sən məni şəxsən tanıyırsan!?”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu MTV Azərbaycan televiziyasında yayımlanan "Tarixin bir günü" verilişində həmkarı Səidə Sultan haqda bu sözləri demişdi: "Səidə Sultan dostumuzdur, onu çox istəyirəm. Bunu bir kənara qoyaq, amma bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Əminliklə deyə bilərik, istəsək onların da janrında oxuyarıq. Kütlə qarşısında, reytinqdə bir yerdə duraq, görək kim yüksəkdə olacaq!? Buna qalırsa, biz hər zaman yüksəkdəyik. Heç kimi küçümsəmək olmaz. Əgər mədəniyyət, əxlaq, insanlıq geyim və bəzi hərəkətlərlə ölçülürsə, mən hər zaman deyə bilərəm ki, geyimimdə əxlaqlı və gözəl geyinən insanlara örnək bir xanımam. İfam, tərzim, xanımlığım da öz yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil".