ABŞ-da Müstəqillik Günündə silahlı insident - Ölənlər var

4 İyul 2022 23:08 (UTC+04:00)

ABŞ-ın Çikaqo bölgəsində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Chicago Sun-Times” nəşri məlumat yayıb.

"Highland Park" adlanan bölgədə baş verən hadisədə 6 nəfər ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxsin kimliyi məlum deyil. Yerli WGN telekanalı bildirib ki, atəş açan şəxs evlərdən birinin damında olub.