Bu gün “Qarabağ” “Lex” ilə qarşılaşacaq

5 İyul 2022 08:42 (UTC+04:00)

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxacaq.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.

“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.

Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. Lex - Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.