Ağcabədidə silahlı insident

5 İyul 2022 11:31 (UTC+04:00)

Ağcabədi rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.