Ağdam Sənaye Parkında neçə nəfər işləyəcək? - Nazir açıqladı

5 İyul 2022 14:19 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bunu nazir Mİkayıl Cabbarov bildirib.

"Hazırda baxılan bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək", - deyə o, qeyd edib.