Ukrayna ordusu Rusiya raketlərini havada vurdu

5 İyul 2022 19:23 (UTC+04:00)

Rusiya ordusu bu gün Ukraynanın Oçakov (Nikolayev vilayəti) və Çernomorsk (Odessa vilayəti) limanlarına raket hücumu etməyə cəhd göstərib.

Teleqraf.com "Unan.net"ə istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.

"Günorta saatlarında aviasiyadan istifadə edən düşmən X-59 raketləri ilə Oçakov və Çernomorsk liman infrastrukturuna hücum edib. Hava hücumundan müdafiə qüvvələrinin dəqiq işi sayəsində dəniz üzərində olan 3 raketin hamısı məhv edilib", - məlumatda deyilir.