Bakıda 44 yaşlı kişi sevgilisini qətlə yetirdi

6 İyul 2022 08:17 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

İyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.