“Bu, Türkiyədən asılıdır, tələbləri yerinə yetirilməsə..." – Rusiyalı deputat

6 İyul 2022 16:45 (UTC+04:00)

“İsveç və Finlandiyanın üzvlüyündən sonra NATO zəifləyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Sergey Tsekov deyib.

O, bu iki ölkənin üzvlük prosesinin altı ay gecikdiriləcəyini iddia edib.

“Oturub sevinirlər ki, gücləniblər, amma əslində NATO Finlandiya və İsveçin üzvlüyə qəbulundan əvvəlkindən də zəifləyəcək. Çünki bu qəbul NATO blokunun Rusiyaya qarşı mütləq düşmənçiliyini nümayiş etdirir. Düşmənçilik NATO istədiyindən daha güclü etməz”, - Tsekov vurğulayıb.

Deputat söyləyib ki, Finlandiya və İsveçin NATO-ya qoşulma sürəti Türkiyədən asılıdır:

“Finlandiya və İsveç Ankara qarşısında öhdəliklərini daha tez yerinə yetirsələr, tezliklə NATO-ya qəbul olunacaqlar. Türkiyə NATO və ABŞ-ın qarşısına çıxaraq vəziyyətdən öz maraqları üçün bəzi əlavə imkanlar əldə edir. Finlandiya və İsveç Türkiyənin şərtlərini yerinə yetirməsə, o zaman proses gecikəcək. Ola bilər ki, iki-üç ay, bəlkə də altı aya qədər”.