İranda bir neçə xarici diplomat saxlanıldı

7 İyul 2022 01:43 (UTC+04:00)

İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək SEPAH tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Saxlanılan şəxslər arasında Britaniyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini də var.

Diplomatların həbsdə olub-olmaması məlum deyil.

Lakin “Sky News“ məlumat yayıb ki, Britaniya Xarici İşlər Nazirliyi İranda britaniyalı diplomatın həbs olunmasını təkzib edib.