“Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır” - Nazir

7 İyul 2022 10:36 (UTC+04:00)

“Postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün geniş imkanlar yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib.