MİQ imtahanında səhvlər düz cavablara təsir edəcək?

7 İyul 2022 12:42 (UTC+04:00)

"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düz sualların dörddə birinə təsir edəcək".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

"İmtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Mərkəzlər kondisionerlərlə də təmin olunacaq.

Namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq.

Metodikadan səhv cavablandırılan sual isə nətiəcni 0.25 bal azaldacaq", - bildirib.