“Azəriqaz” altı aylıq fəaliyyətinin yekunlarını açıqlayacaq

7 İyul 2022 14:53 (UTC+04:00)

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Bildirilir ki, həm cari ilin 6 ayı, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Qurum qeyd edir ki, hər bir media orqanı, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.