ASAN xidmət bu tarixdə işləməyəcək

8 İyul 2022 14:33 (UTC+04:00)

Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində ASAN xidmət və ASAN kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

ASAN xidmətdən Teleqraf.com-a verilən məlumata görə,11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən ASAN xidmət və ASAN kommunal mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.