Aktrisanın ayağı çıxdı- Foto

13 İyul 2022 23:17 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədovanın ayağı çıxıb.

Teleqraf.com xəbər verir ki, aktrisa özü bu barədə sosial şəbəkədə məlumat verib.

“Əziz dostlarım, mənim üçün narahat olanlara öz dərin təşəkkürümü bildirirəm. Bu gün həkimə getdim, rentgen elədik. Topuqdan burxulub çıxıbmış ayağım və yıxılarkən ayağımın üstünə düşdüyümə görə ətraf əzələlər əzilib, şişib.

Yaxşı ki, sınmayıb. Sınmağından çox narahat idim. Həkim dedi düzələcək”- deyə aktrisa qeyd edib.