Bolqarıstandan Rusiyaya təkzib

2 Dekabr 2014 17:03 (UTC+04:00)

Bolqarıstan "Cənub axını" layihəsinin dayandırılması ilə bağlı Rusiyadan rəsmi məlumat almayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski bildirib. Onun sözlərinə görə, bununla bağlı Rusiya tərəfi Bolqarıstanı məlumatlandırmayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı “Cənub axını” layihəsinin Bolqarıstanın mümkün addımları atmaması səbəbilə dayandırıldığı bildirib. Rəsmilər layihənin dayandırılması ilə Bolqarıstanın 600 milyon dollar itirəcəyini düşünürlər.

Samir