Növbəti həftə “Azəriqaz”ın “Açıq qapı” aksiyaları bu ünvanlarda keçiriləcək

16 İyul 2022 13:00 (UTC+04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə (18-22.07.2022 tarixləri) saat 11:00-da paytaxtın 5 rayonunda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Nərimanov rayonunda (Montin qəsəbəsi, 57 nömrəli məktəbin yanı), 2-ci günü Yasamal rayonunda (Yeni Yasamal 1, bina 3), 3-cü günü Binəqədi rayonunda (M. Ə. Rəsulzadə qəsəbəsi, Ramiz Aboyev Parkının qarşısı), 4-cü günü Xətai rayonunda (Xocalı prospekti, Xocalı Parkı), 5-ci günü Nizami rayonunda (Şirin Mirzəyev və Məmmədəli Şərifli küçələrinin kəsişməsi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.