Ən uzunömürlü panda 35 yaşında öldü

22 İyul 2022 17:55 (UTC+04:00)

Dünyanın ən uzunömürlü erkək pandası "An An" Honq Konqdakı zooparkda ölüb.

Teleqraf.com xəbər verir ki, nəhəng panda 35 yaşında həyatını itirib.

Yeməyini azaldan An Anın səhhəti son həftələrdə pisləşməyə başlayıb. 1999-cu ildən Okean Parkında olan panda nəhayət qidalanmağı dayandırıb və ölüb.

Qeyd edək ki, An Andan əvvəl "Jia Jia" adlı dişi nəhəng panda 2016-cı ildə Okean Parkında 38 yaşında ölüb.