"Con Vik 4" filminin ilk treyleri yayımlandı

24 İyul 2022 08:44 (UTC+04:00)

Rejissoru Çad Stahelski olan, premyerası 2023-ci ilin martın 24-ə planlaşdırılan "Con Vik 4" filmdən ilk kadrlar yayımlayıb.

Teleqraf.com xəbər verir ki, treylerdə Vikin müxtəlif mafia qruplaşmaları ilə qarşıdurma epizodları yer alır. Ekran əsəri zəncirvari şəkildə baş verən hadisələrin davamına fokuslanır.

Məşhur kanadalı aktyor Keanu Rivz bu filmdə Lorens Fişburn, İan MakŞeyn və Lens Reddik ilə yenidən bir araya gəlir. Filmin aktyor heyətində, həmçinin Donni Yen, Şamier Anderson, Bill Skarsgård, Rina Savayama, Hiroyuki Sanada, Skot Adkins və Klensi Braun var.

"Con Vik 4" filminin treylerini yutubda izləyə bilərsiniz.