"Kölgə altında gizləməklə heç nəyə nail ola bilməyəcəklər"

8 May 2014 11:15 (UTC+04:00)

“Bu gün dünya birliynin apardığı siyasət ədalətsizdir. Biz torpaqlarımızı xalqımıza və Prezidentə arxalanaraq, geri qaytara bilərik”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi sədri və Şuşa rayon icra hakimyyətinin başçısı Bayram Səfərov deyib. Onun sözlərinə görə, Ali Baş Komandana və Azərbaycan əsgərinə arxalanaraq torpaqlarımızı azad etməliyik: “Prezident İlham Əliyev torpaqların işğaldan azad olunması üçün beynəlxalq aləmdə doğru siyasət aparır və birmənalı olaraq dövlətimizin ərazi bütövlüyünün qorunması üçün əlindən gələni edir. Ermənilər bilməlidir ki, kölgə altında gizləməklə heç nəyə nail ola bilməyəcəklər. Biz o torpaqlara qayıdacağıq!”

BƏXTİYAR