Meymunçiçəyindən ilk ölümlər qeydə alındı

30 İyul 2022 10:51 (UTC+04:00)

Avropada meymunçiçəyindən ilk ölüm faktı İspaniyada baş verib.

Teleqraf.com xəbər verir ki, İspaniyadan sonra Braziliyada da meymunçiçəyi xəstəliyindən ölüm qeydə alındığını açıqlayıb.

Beləliklə, Afrika qitəsindən kənarda virusla əlaqəli ölümlər görünməyə başlayıb.

Səhiyyə Nazirliyinin fövqəladə hallar və xəbərdarlıq koordinasiya mərkəzinin məlumatına görə, İspaniyada 4 min 298 nəfər virusa yoluxub.

Mərkəzin hesabatına görə, 3 min 750 aktiv meymunçiçəyi xəstəsindən 120-si xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.