"Neftçi"nin potensial rəqibləri məlum oldu - Konfrans liqası

1 Avqust 2022 14:45 (UTC+04:00)

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasından əvvəl "Neftçi"nin potensial rəqiblərinin sayında azalma baş verib.

Teleqraf.com xəbər verir ki, "ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə Fransanın "Nitsa" komandası, "Hayduk" (Split, Xorvatiya) / "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) / "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 2-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq. 18 avqustda pley-off mərhələsinin ilk oyunu, 25 avqustda isə cavab matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.