“Qarabağ” Kadi Borgeslə 5 illik müqavilə imzaladı

1 Avqust 2022 19:48 (UTC+04:00)

“Qarabağ” futbolçusu Kadi Borgeslə müqavilənin müddətini uzadıb.

Teleqraf.com Klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu 2021-ci ilin yayından “Qarabağ”da çıxış edir.