Bakıda “Kiğılı”nın filial müdirinin meyiti tapıldı

3 Avqust 2022 09:39 (UTC+04:00)

Paytaxtda mağaza müdirinin meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 24-də Bakının Yasamal rayonunda ərazisində baş verib.

"Kığılı"nın "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbarında meyiti tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.