Abonentlərin araşdırma tələb edən müraciətləri qeydiyyata alındı

4 Avqust 2022 16:28 (UTC+04:00)

Artıq ənənə halını almış və hər gün bir rayonda vətəndaşların qaz təchizatı ilə bağlı müraciətlərini ünvanladığı “Açıq mikrofon” aksiyası bu dəfə Hacıqabul rayonunda qurulub.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Aksiya keçirilən əraziyə toplaşan sakinlərin hər biri fərdi qaydada öz müraciətlərini ediblər.

Birlik əməkdaşları isə öz növbəsində sakinlərin şikayət və təkliflərini dinləyib onlara yerindəcə köməklik göstərməyə çalışıblar. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə şöbələrə yönləndirilib.