Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistan arasındakl dialoqu müzakirə etdi

4 Avqust 2022 18:27 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığının yeni təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departementinin məlumatına görə, tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Türkiyə və ABŞ xarici siyasət idarəsinin rəhbərləri eyni zamamda Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə ediblər.

Blinken həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.