Lavrovdan Paşinyana – “Sən belə bir təklif verməmisən”

5 Avqust 2022 11:30 (UTC+04:00)

Moskva Rusiyanın Qarabağda sülhməramlı əməliyyatı ilə bağlı İrəvanın təkliflərini görməyib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasını şərh edərkən deyib.

“Biz Ermənistan baş nazirinin Qarabağda etmək istədiyi konkret təkliflərini görməmişik, ona görə də indi bunu təxmin edə bilmirəm. Təbii ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmalara tərəflərdən hər hansı birinin əlavə təşəbbüslər irəli sürmək hüququ var, amma biz bunları hələ görməmişik”, - Lavrov bildirib.

Xatırladaq ki, Paşinyan dünən Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarına düzəliş etməyin lazım olduğunu demişdi.