Rusiya Coca-Cola-nı “Bela-Cola” ilə əvəz etmək istəyir

7 Avqust 2022 19:22 (UTC+04:00)

Rusiya “Coca-Cola” içkisini Belarus istehsalı olan “Bela-Cola” qazlı içkisi ilə əvəz etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, artıq innovasiyalar sahəsində biznes əlaqələrinin genişləndirilməsinə dair memorandum imzalanıb.

İyun ayında "Coca-Cola Hellenic Bottling Company" Rusiyada eyni adlı içkilərin satışını dayandıraraq qərarını açıqlayıb.