Ötən yarımildə 4873 şəxs barəsində amnistiya tətbiq edildi

8 Avqust 2022 13:05 (UTC+04:00)

Ötən yarımildə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.