“Hədəfimizə çatdıq” – İsrail baş naziri Qəzzaya hücum barədə

9 Avqust 2022 09:59 (UTC+04:00)

İsrail Baş naziri Yair Lapid və müdafiə naziri Benni Qantz Silahlı Qüvvələrin Qəzzaya üç günlük hücumu və Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəslə bağlı birgə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, İsrail ordusunun bütün məqsədlərinə çatdığını deyən Lapid Qəzzada “İslami Cihad” Hərəkatının aparıcı hərbi heyətinin məhv edildiyini bildirib.

Lapid həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə və hökumət rəsmilərinə vasitəçilik səylərinə görə təşəkkür edib.

Müdafiə naziri Qantz da Qəzzaya hücumun ölkəsinin təhlükəsizliyi üçün edildiyini söyləyib.